"Araz-Naxçıvan" "Trabzonspor"la qarşılaşacaq

09:18 - 17 İyul 2025

Türkiyədə təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” bu gün sonuncu yoxlama matçına çıxacaq. 

Sportal.az xəbər verir ki, Naxçıvan təmsilçisi "Trabzonspor"la qarşılaşacaq. 

Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Xəbər xətti