"Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, son üç mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2022-ci ilin yanvarında “Qarabağ”a keçən Rüstəm komandanın heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.
Klub Rüstəm Əhmədzadəyə göstərdiyi xidmətlərə görə təşəkkür edib və uğurlar arzulayıb.
saytlarin hazirlanmasi