ÇL: "Qarabağ"ın potensial rəqibləri bəlli olacaq

11:49 - 21 İyul 2025

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportal.az xəbər verir ki, püşkatmada "Qarabağ"ın potensial rəqibləri dəqiqləşəcək.

Azərbaycan çempionunun mümkün rəqibləri arasında aşağıdakı komandalar yer alıb: 

"Şelburn" - "Qarabağ" cütünün qalibinin potensial rəqibləri:

"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi
"Hamrun Spartans" (Malta) - "Dinamo"(Kiyev,Ukrayna) cütünün qalibi
"Şkendiya" (Şimali Makedoniya) - FKSB (Rumıniya) cütünün qalibi

Püşkatma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. III mərhələnin ilk oyunları avqustun 5-6-da, cavab görüşləri bir həftə sonra baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şelburn"la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü iyulun 30-da evdə keçirəcək.

Xəbər xətti