Azərbaycan klublarının potensial rəqibləri bəlli oldu - Konfrans Liqası

16:25 - 21 İyul 2025

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə Azərbaycan klublarının da rəqibləri müəyyənləşib.

"Sabah" "Petrokub" (Moldova) səddini keçsə, Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə görüşəcək.

"Zirə" Xorvatiyanın "Hayduk" klubunu mübarizədən kənarlaşdırsa, "Atletik Klub d’Escaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

"Araz-Naxçıvan" "Aris"lə (Yunanıstan) dueldən qalib ayrılsa, "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Xəbər xətti