"Şamaxı"dan "Karvan"a 2 qol

20:51 - 21 İyul 2025

Yeni mövsümün hazırlığını davam etdirən "Şamaxı" bu gün növbəti yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Premyer Liqaya yüksələn "Karvan"la qarşılaşıb. Qəbələ şəhər stadionunda baş tutan oyun "Şamaxı"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda qolları Abdullahi Şuaybu və Bilal İsmayılov vurub.

Qeyd edək ki, "Şamaxı" ilk hazırlıq oyununda "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olub.

Xəbər xətti