"Ştutqart"ın yarımmüdafiəçisi Entso Miyo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" fransalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Miyonun meneceri ilə danışıqlara başlayıb. "Sarı-qırmızılar" 23 yaşlı oyunçuya cəlbedici maaş təklif edib. Fransa U-21 millisinin sabiq üzvü "Qalatasaray"ın təklifinə isti yanaşıb.
Futbolçunun Almaniya klubu ilə müqaviləsində 20 milyon aavroluq sərbəstqalma məbləği var. "Cim bom" bu məbləği ödəsə, transfer rəsmiləşəcək.
Qeyd edək ki, Entso Miyo ötən mövsüm "Ştutqart"ın heyətində meydana çıxdığı 43 rəsmi matçda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi