Ekitikenin "Liverpul"a transferinin detayları - illik 16 milyon avro maaş

22:48 - 21 İyul 2025

Huqo Ekitike “Liverpul”da “Ayntraxt”dakından daha çox maaş alacaq.

Sportal.az xəbər verir ki, "Sky Sport"un məlumatına görə, 22 yaşlı hücumçu 2031-ci ilə qədər müqavilə imzalayacaq və vergilər çıxılmadan ildə təxminən 15-16 milyon avro qazanacaq.

Futbolçunun “Ayntraxt”dan transferi İngiltərə klubuna 90 milyon avroya başa gələcək, bonuslarla birlikdə bu məbləğ 95 milyon avroya qədər arta bilər.

Qeyd edək ki, Bundesliqanın ötən mövsümündə Ekitiqe 33 oyun keçirib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib.

Xəbər xətti