Xəbər verdiyimiz kimi, "Sumqayıt" bu gün yoxlama matçı çərçivəsində "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra "Sumayıt"ın baş məşqçisi Saşa İliç klubun mətbuat xidmətinə açıqlama verib:
"Hazırlığın ikinci mərhələsi çərçivəsində ilk yoxlama matçımız idi. Oyunumuzda bəzi uğurlu və uğursuz elementlər gördük. Aydın məsələdir ki, fiziki yükləmələr fonunda bəzi səhvlər olur. Bu oyunda da adi vəziyyətlərdə səhvlər etdik və yekunda məğlub olduq. Amma bu, normaldır və düşünürəm ki, günbəgün daha yaxşı olacağıq. Qarşıdakı günlərdə bir neçə keyfiyyətli oyunçunun bizə qoşulması ilə daha güclü komandamız olacaq".
saytlarin hazirlanmasi