Mark Kukurelya karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Marca"nın məlumatına görə, “Əl-Nəsr” “Çelsi”nin müdafiəçisini komandaya cəlb etmək niyyətindədir və futbolçunun imtina edə bilməyəcəyi bir təklif hazırlayır. Kriştiano Ronaldonun çıxış etdiyi klub, ispan futbolçunu layihənin əsas oyunçularından birinə çevirməyi planlaşdırır.
Bununla belə, Kukurelya Premyer Liqada çıxış etməyə davam etmək istəyir. “Çelsi”nin baş məşqçisi Enzo Mareska isə onu komandanın əsas oyunçularından biri kimi görür.
Qeyd olunur ki, Kukurelya klubun heyətində Ben Çilvell istisna olmaqla, yeganə sol cinah müdafiəçisidir.
saytlarin hazirlanmasi