"Səbail" sabiq futbolçusunu geri qaytardı - RƏSMİ

22:46 - 26 İyul 2025

“Səbail” PFK 2025/2026-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə qatıb.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxt təmsilçisi ötən mövsümü “İmişli”də keçirmiş Bahadur Həziyevi geri qaytarıb.

Qeyd edək ki, futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Bahadur Həziyev 2023/2024 mövsümünü "Səbail"də keçirib. O, "dənizçilər"in heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalmışdı.


Xəbər xətti