"Liverpul"un futbolçusu Harvi Elliott karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" ingiltərəli hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Sarı-qırmızılar" Elliottu meneceri ilə birlikdə danışıqlar aparmaq üçün İstanbula götürüb. "Aslanlar" 22 yaşlı oyunçunu icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Harvi Elliottu 2019-cu ilin yayında "Fulhem"in akademiyasından transfer edib. İngiltərə U-21 millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi