"Nyukasl" İsaka əvəzləyici tapdı

20:25 - 24 İyul 2025

"Nyukasl" komandadan ayrılmaq istəyən Aleksandr İsaka əvəzləyici tapıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubunun əsas hədəfi "Leypziq"də çıxış edən Benjamin Şeşkodur. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Nyukasl" artıq sloveniyalı hücumçu üçün ilkin təmaslara başlayıb. "Sağsağanlar" qarşıdakı günlərdə 22 yaşlı forvard üçün Almaniya klubuna rəsmi təkliflə müraciət edəcək.

Qeyd edək ki, Benjamin Şeşko ötən mövsüm "Leypziq"inj heyətində meydana çıxdığı 45 rəsmi matçda 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti