Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

00:53 - 25 İyul 2025

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Azərbaycan yığmasının futbolçusu Cəlal Hüseynovun heyətində yer aldığı Bolqarıstanın "Arda" klubu Finlandiyanın HİK komandası ilə qarşılaşıb.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçunun start heyətində meydana çıxıb və sonadək meydanda olduğu qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması iyulun 31-də Finlandiyada baş tutacaq.

Xəbər xətti