"Turan Tovuz"dan ayrılan azərbaycanlı hücumçu Asiya klubunda - FOTO

10:18 - 24 İyul 2025

“Turan Tovuz”dan ayrılan Orxan Əliyev də Qırğızıstanın yolunu tutub.

Sportal.az saytına verilən məlumata görə, forvard bu ölkənin yüksək liqa təmsilçilərindən olan “Ozgon”la anlaşıb.

O, bir illik müqaviləyə qol çəkib. Qeyd edək ki, “Ozgon” U-21 yığmamızın sabiq üzvü Dmitri Nağıyevlə də müqavilə imzalayıb.

Həmin klub yüksək liqada 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Mirbağırağa
 

Xəbər xətti