Ürfan Abbasov: "Aris"in zəif nöqtələrindən istifadə etməyə çalışacağıq"

19:58 - 23 İyul 2025

"Araz-Naxçıvan"ın kapitanı Ürfan Abbasov UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin "Aris"lə ilk matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az 32 yaşlı müdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- Sabah bizi ağır oyun gözləyir. Yaxşı hazırlaşmışıq. Ümid edirik ki, müsbət nəticə qazanacağıq.

- Rəqib təcrübəli komandadır. Bəs "Araz-Naxçıvan" hansı amilin hesabına sərfəli nəticə əldə edə bilər?

- Rəqibi təhlil etmişik. Baş məşqçi onların zəif və güclü tərəflərini bizə başa salıb. Rəqibin zəif nöqtələrindən istifadə etməyə çalışacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Türkiyədə yoxlama oyunları keçirdiniz. Sizcə, komandanın üstün cəhətləri hansılardır?

- Türkiyə Super Liqa təmsilçiləri ilə oynadıq. Yetərincə güclü komandalar idi. Komanda yenilənib, keyfiyyətli oyunçular gəlib. Hücumda daha yaxşı oynamağa çalışırıq.

Elçin Əlixan

Xəbər xətti