UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində"Araz-Naxçıvan"ın rəqibi olan "Aris" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Saloniki təmsilçisi "Nant"dan Tino Kadevereni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Zimbabveli forvardlaa 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” arasında ilk oyun iyulun 24-də Bakıda, cavab görüşü isə iyulun 31-də Salonikidə keçiriləcək.
saytlarin hazirlanmasi