"Hayduk"un futbolçusu "Zirə" ilə matç haqda: "Uğurlu nəticə əldə etməyi düşünürük"

19:47 - 22 İyul 2025

"Xoş qarşılama üçün təşəkkürlər. Sabahkı oyuna hazırıq. Uğurlu nəticə əldə etməyi düşünürük".

Sportal.az xəbər verir ki, bu sözləri Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk"un futbolçusu Filip Krovinoviç deyib. 

Xorvat futbolçu "Zirə" barədə məlumatlı olduqlarını bildirib: "Dario Melnyakla danışmışıq. O, mənə klub və ölkə haqda məlumat verib. İlk dəfədir ki, buradayıq. Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu və yaxşı futbolçuların da burada çıxış etdiyini bilirik. Biz özümüzə köklənmişik. Məqsəd növbəti mərhələyə vəsiqə qazanmaqdır".

Mirbağırağa

Xəbər xətti