Azərbaycanlı futbolçu Məmməd Quliyev Tailand klubu ilə anlaşıb.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi “İnter Banqkok”la müqavilə imzalayıb. Qarşıdakı bir ili məhz paytaxt klubunda keçirəcək.
Tailand 3-cü liqasında mübarizə aparan klub çempionluq üçün mübarizə aparır.
Məmməd Quliyev karyerası ərzində “Rəvan”, “Keşlə”(indiki “Şamaxı”), “Şüvəlan”(Azərbaycan), “Kampaenqpet”, “Kasem Bundit”, “Tonburi Yunayted”, “Uttaradit”, “Saraburi”, “Muanq Loey Yunayted”(hamısı Tailand) klublarında oynayıb.