"Futbolçularımızın aldığı məvacibdən danışırsa, burada qazandığı məbləği açıqlasın" - Rəşad Sadıqovdan Yurçeviçə cavab

18:26 - 22 İyul 2025

"Uzun müddət Azərbaycanda çalışmış biri fikir səsləndirərkən daha diqqətli olmalı idi”. 

Sportal.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Hayduk”la matçından öncə keçirilmiş mətbuat konfransında deyib.

O, millimizin sabiq baş məşqçisi Nikola Yurçeviçin açıqlamasına cavab verib: "Oyuna bir gün qalmış vaxtlarımız çox olur. Cənab Nikola Yurçeviç bir-iki açıqlama verib. Ona cavab vermək istəyirəm. Qabardıb ki, “Zirə”də 15 legioner çıxış edir. Son 2 ildə ikinci yeri tutmuşuq və ötən il pley-off-da çıxış etmişik. Meydanda 4 yerli oynayıb. Bu uğuru tək legionerlər formalaşdırmayıb. Bir yerdə də qeyd edib ki, "Zirə"də yaxşı məvaciblər alırlar. Bu, düzgün fikir deyil. Əgər elə imkan varsa, öz müqaviləsi haqda danışsın, Azərbaycandakı müqaviləsi nə qədər olub. Legionerləri qabartmaq, bildirmək ki, çox məvacib alır... Mənim futbolçularım haqq etdiyindən daha az alırlar. Bu haqda onda məlumat ola bilməz ki, bizim oyunçular nə qədər alırlar. Yaxşı olardı ki, özü işlədiyi dövrdə millidə nə qədər legioner çıxış edirdi, nə qədər məvacib alırdı ondan danışsın. Ondan gözləməzdim. Azərbaycanda işləyib, burada bəlkə karyerası boyu verilməyən dəyər verilib ona. İstəyərdim ki, verdiyi açıqlamalarda daha diqqətli olsun".

Mirbağırağa

Xəbər xətti