"Kəpəz"dən ayrıldı, Afrika klubuna keçdi - FOTO

16:16 - 22 İyul 2025

“Kəpəz”in sabiq futbolçusu Kerim Lkuça özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, Gəncə klubundan ayrılan legioner Mərakeşdə oynayacaq.

O, bu ölkənin “Olimpik Klub de Safi” komandası ilə anlaşıb. Lkuça 2027-ci il iyunun 30-na qədər Mərakeş klubuna məxsus olacaq.

Qeyd edək ki, Lkuça 2024/2025 mövsümünü "Kəpəz"də keçirib.

Mirbağırağa
 

Xəbər xətti