"Sumqayıt" "İmişli" ilə heç-heçə etdi

22:31 - 23 İyul 2025

2025/26 mövsümü üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" bu gün "İmişli" ilə yoxlama oyunu keçirib.

Sportal.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Beləliklə, "Sumqayıt"  yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub. Komanda bir günlük istirahətin ardından Qəbələ şəhərinə yola düşərək avqustun 8-dək təlim-məşq toplanışını orada davam etdirəcək.

Xəbər xətti