"Aris"in futbolçusu Fredrik Yensen UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin "Araz-Naxçıvan"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az finlandiyalı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:
- Dünən bizim üçün çətin gün oldu. Bu gün son məşqimizi edəcəyik. Sabah bizi maraqlı oyun gözləyir. Səbirsizliklə həmin matçı gözləyirik.
- Sabahkı matçdan nə gözləyirsiz?
- Əlbəttə ki, gözləntimiz qələbədir. Bu, ən vacib məqamdır. Bizi çətin oyun oyun gözləyir. Komanda olaraq bu matça hazırıq. Sabah buradan pozitiv nəticə ilə ayrılmaq istəyirik.
- Komandanın yay toplanışını necə dəyərləndirirsiniz?
- Hazırlıq prosesini yaxşı dəyərləndirirəm. Həm köhnə, həm də yeni oyunçularımız var. Sabahkı oyunda savaşmalıyıq, bir-birimizə kömək etməliyik.
Elçin Əlixan
saytlarin hazirlanmasi