"Yuventus" Federiko Qattinin müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İtaliya millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, "Yuventus" Federiko Qattini 2022-ci ilin yanvar ayında "Frozinone"dən transfer edib.27 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm "ağ-qaralar"ən heyətində meydana çıxdığı 46 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi