"Turan Tovuz"un "Traktor"la matçı baş tutmayacaq

12:46 - 25 İyul 2025

"Turan Tovuz"un Türkiyə təlim-məşq toplanışı çərçivəsində “Traktor”la keçirməli olduğu yoxlama oyunu baş tutamayacaq.

Sportal.az xəbər verir ki, qarşılaşma komandaların hazırlıq planındakı dəyişiklik və Tovuz klubundan asılı olmayan səbəblərdən keçirilməyəcək:

"Futbol ictimaiyyəti və azarkeşlərimizdən mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edirik”.

Qeyd edək ki, matç iyulun 29-da oynanılmalı idi.

Xəbər xətti