"Kəpəz" müdafiəçisini icarəyə verdi

21:02 - 25 İyul 2025

"Kəpəz" futbolçusu Nemət Musayevi icarəyə verib.

Sportal.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı müdafiəçi mövsümün sonuna kimi I Liqa təmsilçisi "Difai"də oynayacaq.

Qeyd edək ki, Nemət Musayev 2022-ci ilin yayından "Kəpəz"də çıxış edir. O, ötən mövsüm "sarı-göylər"in heyətində 9 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti