"Benfika"da oynamış futbolçu qərarını verdi – Azərbaycana qayıdacaq?

11:47 - 24 İyul 2025

Ötən mövsümü Polşanın “Korona” klubunda keçirmiş Pedro Nunonun Azərbaycana geri qayıtmaq şansının yüksək olması haqda xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, Premyer Liqamızdan 2 klub ona təklif irəli sürsə də, portuqaliyalı futbolçu onları geri çevirib. Buna səbəb isə təkliflərin 30 yaşlı futbolçunu razı salmamasıdır. 

Pedro başqa klublardan gələn dəvətləri dəyərləndirməyi üstün tutub.

O, karyerası ərzində “Akademika Koimbra”, “Benfika”, “Tondela”, “Moreyrense”, “Belenenseş”, “Adanaspor” və “Səbail” klublarında oynamışdı.
 

Xəbər xətti