"Barselona" aparıcı futbolçularından olan Jül Kundeni uzun müddət komandada saxlamağı planlaşdırır.
Sportala.az xəbər verir ki, İspaniya çempionu fransalı sağ cinah müdafiəçisinin müqaviləsinin müddətini uzadacaq. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Klub artıq Kunde ilə razılıq əldə edib. 26 yaşlı oyunçu ilə yaxın günlərdə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanacaq.
Qeyd edək ki, "Barselona" Jül Kundeni 2022-ci ilin yayında "Sevilya"dan transfer edib. Fransa millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi