Millimizin üzvü oynadı, komandası Konfrans Liqasında qalib gəldi

09:46 - 25 İyul 2025

Azərbaycanlı futbolçu Zamiq Əliyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda qələbə sevincini yaşayıb.

Sportal.az xəbər verir ki, onun çıxış etdiyi Albaniya təmsilçisi "Eqnatiya" səfərdə "Dinamo"(Minsk)üzərində 2:0 hesablı qələbə qazanıb.

Macarıstanda baş tutan qarşılaşmada start heyətində meydana çıxan Zamiq Əliyev 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Albaniya çempionu olan "Eqnatiya" bundan əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsində İslandiya təmsilçisi "Breydablik"ə iki oyunun nəticəsinə görə məğlub olmuşdu – 1:0 və 0:5.

Xəbər xətti