Premyer Liqaya yeni yüksələn "Karvan" növbəti transferini həyata keçirib.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Şri Lanka millisinin üzvü Samuel Durrant ilə 1 illik müqavilə imzalanıb.
23 yaşlı Yarımmüdafiəçi futbolçu karyerasına İngiltərənin “Liverpul” klubunda başlayıb. Daha sonra “Blakbörn”, “Dundalk” və “Connahs Quay” klublarında forma geyinib.23 yaşlı futbolçu Şri Lanka millisində 7 oyun keçirib.
saytlarin hazirlanmasi