Portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanacaq

00:53 - 28 İyul 2025

Joao Feliks “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayacaq.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, Kriştiano Ronaldonun çıxış etdiyi Ər-Riyad təmsilçisi Çelsi” ilə portuqaliyalı yarımmüdafiəçinin transferi barədə razılığa gəlib. İlkin məbləğ 30 milyon avro təşkil edir. Bonuslar və gələcək satışdan pay nəzərə alınmaqla, ümumi məbləğ 50 milyon avroya çata bilər.

Qeyd edək ki, Feliks “Əl-Nəsr”lə 2027-ci ilin iyununa qədər müqavilə bağlayacaq.

Xəbər xətti