"Real" müdafiəçisini A Seriyasına buraxmaq istəmir

23:25 - 27 İyul 2025

"Real" Fran Qarsiyanı A Seriyasına buraxmayacaq.

Sportal.az xəbər verir ki, insayder Matteo Morettonun məlumatına görə, “Milan” müdafiəçinin qiyməti ilə maraqlanıb və Madrid klubunun onunla yolları ayırmağa hazır olub-olmadığını öyrənməyə çalışıb.

Lakin İspaniya klubu 25 yaşlı futbolçunu saxlamaq istəyir. Bu qərarın əsas səbəblərindən biri Ferlan Mendinin fiziki durumuna dair yaranmış şübhələrdir.

Qeyd olunurdu ki, “rossonerlər” Qarsiyanı “Əl-Hilal”a keçən Teo Ernandesin əvəzi kimi nəzərdən keçirirdi. Bundan sonra “Milan” artıq Pervis Estupinyanı transfer edib.

Xəbər xətti