"Neftçi" yeni transferi üçün nə qədər ödəyib?

20:47 - 2 Avqust 2025

“Neftçi”nin lüksemburqlu hücumçu Alessio Kurcinin transferi üçün ödədiyi məbləğ məlum olub.

Sportal.az “Transfermarkt”a istinadən xəbər verir ki, “ağ-qaralar” 23 yaşlı hücumçunun keçidi üçün Belçikanın “Franks Borayns” klubuna 200 min avro (təxminən 380 min manat) ödəyib.

Qeyd edək ki, Lüksemburq millisinin 23 yaşlı hücumçusu ilə 3 illik müqavilə bağlanıb. O, milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.

Xəbər xətti