"Omonia" "Araz-Naxçıvan"la matçlar üçün yeni oyunçu sifariş etdi

13:48 - 5 Avqust 2025

Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunda “Araz-Naxçıvan”la qarşılaşacaq “Omoniya” yeni transferini açıqlayıb.

Sportal.az xəbər verir ki, Nikosiya təmsilçisi yarımmüdafiəçi Karel Eytinqin alınması ilə bağlı Niderlandın “Tvente” klubu ilə anlaşıb.

27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

27 yaşlı futbolçu "Ayaks", "Haddersfild", "Genk", "Volendam", "Tvente", "Sparta"(Rotterdam) klublarında oynayıb.

Qeyd edək ki, “Omoniya” Eytinqini “Araz-Naxçıvan”la avqustun 7-I və 14-də keçiriləcək matçlar üçün sifariş edib.

Xəbər xətti