2025/2026 mövsümündə Premyer Liqada mübarizə aparacaq "Karvan" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Əli Abdullayevlə 1 illik yeni müqavilə imzalayıb.
Müdafiəçi ötən mövsümü aranlıların heyətində 25 oyun keçirib.
Xatırladaq ki, "Karvan" buna qədər daha 4 futbolçu ilə sözləşmənin müddətini uzadıb.