FİFA Qadınlardan ibarət milli futbol komandalarının avqust ayı üçün yenilənmiş reytinq cədvəli açıqlanıb.
Sportal.az xəbər verir ki, yeni reytinqə əsasən, Azərbaycan millisi 2,92 xal itirməsinə baxmayaraq, yenə də 74-cü yerdədir (1300,4 xal). Son yenilənmədən sonra milli Belarusla iki yoldaşlıq oyunu keçirib (0:3 və 0:2).
Millinin ən yaxın təqibçisi Trinidad və Tobaqodur (1294,31), Solomon Adaları isə (1306,55) bir pillə yuxarıdadır.
Reytinqin ilk onluğu belə görünür: İspaniya (2066,79), ABŞ (2065,06), İsveç (2025,26), İngiltərə (2022,64), Almaniya (2011,56), Fransa (1988,68), Braziliya (1976,3), Yaponiya (1971,05), Yaponiya (1971,05), Kanada(1971,05) və Şimali Koreya(1944,22).