"Mançester Siti"nin futbolçusu Cek Qriliş Premyer Liqada klubunu dəyişməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Everton" ingiltərəli hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Artıq klublar arasında danışıqlar başlayıb. "Everton"un 29 yaşlı oyununun keçidini yekunlaşdırmaq üzrə olduğu bildirilir.
Qeyd edək ki, "Mançester Siti" Cek Qrilişi 2021-ci ilin yayında "Aston Villa"dan transfer edib. İngiltərə millisinin üzvü ötən mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 32 rəsmi 3 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi