"Sabah" Bolqarıstana çatdı - FOTOLAR

18:12 - 6 Avqust 2025

"Sabah" UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Levski"nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, Valdas Dombrauskasın rəhbərlik etdiyi kollektiv artıq Bolqarıstanın paytaxtı Sofiyaya çatıb. Komanda bu gün oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, "Levski" - "Sabah" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


Xəbər xətti