"Qarabağ" - "Şkendiya" matçına nə qədər bilet satılıb?

13:13 - 8 Avqust 2025

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Bakıda keçiriləcək "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) matçına satılan biletlərin sayı bəlli olub.

Sportal.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Hazırda 14 min 500 bilet sahibini tapıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri "ıTicket.az"ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ”ın "Park Bulvar"dakı Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" matçı avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Xəbər xətti