Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Burak Yılmaz çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Burak Yılmazın son iş "Kasımpaşa" olub. "Qaziantep" isə İsmet Taşdemirlə yollarını ayırıb.
saytlarin hazirlanmasi