"Vilyarreal" "Çelsi"nin müdafiəçisi Renato Veyqanı transfer etmək istəyir.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi portuqaliyalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Bu barədə "Diario AS" nəşri məlumat yayıb.
London klubu 22 yaşlı mərkəz müdafiəçisi üçün 35 milyon avro təzminat tələb edir. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Çelsi" Renato Veyqanı 2024-cü ilin yayında "Bazel"dən transfer edib. Portuqaliya millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında "Yuventus"da keçirib.
saytlarin hazirlanmasi