İspaniya millisində oynamış müdafiəçi "Napoli"də - RƏSMİ

18:42 - 19 Avqust 2025

"Napoli" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İtaliya çempionu "Jirona"dan Migel Qutyerresi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Napoli" ispan futbolçu üçün onun klubuna 18 milyon avro təzminat ödəyəcək. 24 yaşlı sol cinah müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Jirona" Migel Qutyerresi 2022-ci ilin yayında "Real"dan transfer etmişdi. İspaniya U-21 millisinin sabiq üzvü ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti