"Ferentsvaroş" üçün şad xəbər odur ki, "Qarabağ" da evdə məğlubedilməz deyil - Macarıstan mətbuatı

19:22 - 23 Avqust 2025

Macarıstan mətbuatı “Qarabağ”ın Misli Premyer Liqasının 2-ci turu çərçivəsində evdə “Sumqayıt”a uduzmasını (0:1) şərh edərkən, “Ferenstvaroş”un Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündəki (1:3) şanslarını da dəyərləndirib. 

Sportal.az xəbər verir ki, “ORIGO” nəşri “Qarabağ”ın evdə məğlubedilməz olmadığını yazıb:

"Ferentsvaros" üçün şad xəbər odur ki, "Qarabağ" evdə məğlubedilməz deyil. Onlar çempionata evdə "Sumqayıt"a gözlənilməz məğlubiyyətlə başladı. 
2013/2014 mövsümündən başlayaraq 2020/2021 mövsümü istisna olmaqla, son çempionatları qazanan “Qarabağ” “Sumqayıt”a 0:1 hesabı ilə uduzub. Bununla belə, Qurban Qurbanovun futbolçularına yaxşı istirahət verdiyini qeyd etmək yerinə düşərdi: Budapeştdə oyuna başlayan əsas oyunçulardan heç biri çempionatda görüşün ilk dəqiqələrindən meydana çıxmadı. "Ferenstvaroş”la görüşə sonradan çıxan Kris Kuaku, Dani Bolt və Musa Qurbanlı bu dəfə əsas heyətdə şans qazanmışdı".
 

Xəbər xətti