Yeni mövsümdə futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışacaq "Xankəndi" yeni müqavilə bağlayıb.
Sportal.az xəbər verir ki, AFFA Region Liqasının son qalibi kapitan Əziz Hüseynovla yeni mövsüm üçün 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Hüseynov daha öncə “Karvan”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Rəvan”, “Neftçala”, “Şəmkir”, “Turan”və "Füzuli” kimi komandalarda da çıxış edib.
saytlarin hazirlanmasi