Əvəzedicilər Liqası: "Qarabağ" və "Neftçi"dən daha bir qələbə

22:31 - 23 Avqust 2025

Əvəzedicilər Liqasında II turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün turun 2 qarşılaşması baş tutub. "Qarabağ-2" doğma meydanda "Sumqayıt-2"ni, "Neftçi-2" isə "Şamaxı-2"ni qəbul edib. Hər iki matçdan meydan sahibləri 1:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, bu nəticə ilə "Qarabağ-2" və "Neftçi-2" xallarının sayını 6-ya çatdıraraq turnir cədvəlində 1-ci və2-ci yeri bölüşüblər.

Əvəzedicilər Liqası
2-ci tur

23 avqust

“Qarabağ-2” – “Sumqayıt-2” 1:0
Qol
: Mehdi Mütəllimli, 45+2.

“Neftçi-2” – “Şamaxı-2” 1:0
Qol
: Mirşahbaz Şahbazov, 1.

Xəbər xətti