22 yaşlı futbolçu "Borussiya"nı tərk etdi - RƏSMİ

22:52 - 23 Avqust 2025

Covanni Reyna Dortmund “Borussiya”sını tərk edib.

Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Münhenqladbax “Borussiya”sına qoşularaq 3 illik müqavilə imzalayıb. İnsayder Florian Plettenberqin məlumatına görə, amerikalı futbolçuya görə 3 milyon avro ödənilib, daha 4 milyon isə bonuslar şəklində nəzərdə tutulub.

Qeyd edək ki, ötən mövsüm Reyna Bundesliqada 16 oyunda iştirak edib və 2 qol vurub.


Xəbər xətti