UEFA Çempionlar Liqasının bu mövsümkü liqa mərhələsində iştirak edəcək 36 klubun adı dəqiqləşib.
Sportal.az xəbər verir ki, bu gün turnirin püşkatma mərasimi keçiriləcək.
Monakoda yerləşən inzibati binada təşkil ediləcək tədbirə Bakı vaxtı ilə 20:00-da start veriləcək.
Azərbaycan çempionu "Qarabağ" püşkatmada dördüncü səbətdə yer alacaq.
Qeyd edək ki, Çempionlar Liqasının ilk turu sentyabrın 16-18-də baş tutacaq.
Bu mövsüm final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.
saytlarin hazirlanmasi