Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxacaq. D qrupunda yer alan komandamız Reykyavikdə İslandiya yığmasının qonağı olacaq.
Sportal.az xəbər verir ki, “Lauqardalsvollur” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Niderlanddan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
5 sentyabr
İslandiya - Azərbaycan
“Lauqardalsvollur” stadionu. Saat 22:45
Baş hakim: Sander van der Eiyk
Baş hakimin köməkçiləri: Rens Bluemink, Stefan de Qroot
Dördüncü hakim: Mark Naqteqaal
VAR hakimləri: Jeroen Manşot, Kley Ruperti
(Hakimlər briqadası Niderlanddandır)
saytlarin hazirlanmasi