"Azərbaycan yığmasının heyəti ilə bağlı geniş məlumatım yoxdur"

10:35 - 5 Sentyabr 2025

Azərbaycanda uzun illər futbolçu kimi legioner həyatı yaşamış Danildo Assioli Sportal.az saytına açıqlama verib.

Portuqaliyanın “Santa-Klara” klubunda uzun illərdir ki, məşqçi kimi çalışan veteran futbolçu bu gün AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya – Azərbaycan görüşü haqda danışıb.

Onun sözlərinə görə, yığmamızı çətin görüş gözləyir:

“Maraqlı oyundur. Etiraf edim ki, Azərbaycan yığmasının heyəti ilə bağlı geniş məlumatım yoxdur. Amma Portuqaliya yığmasının heyəti mühüm liqalarda çıxış edən və yüksək rəqabət səviyyəsinə malik oyunçulardan ibarətdir. Təəssüf ki, oyun üçün Barseluşa gələ bilməyəcəm. Çünki hazırda PRO kateqoriyalı məşqçi kurslarında iştirak edirəm. Lakin oyunu TV-dən izləyəcəm. Maraqlı görüş olacaq. Təbii ki, hazırda futbol elə səviyyəyə çatıb ki, matçlar haqda öncədən nəsə demək olmur. Lakin Portuqaliya millisinin heyəti çox yaxşı futbolçulardan ibarətdir”.

Xatırladaq ki, 44 yaşlı məşqçi “Bahia”(1999-2004), “Santa –Klara”(2006-2008, 2012-2019) və “İnter”(indiki Şamaxı)(2008-2012) klublarında oynayıb.

Mirbağırağa

Xəbər xətti