“Real” qış “transfer pəncərəsi” zamanı Vitinyanı heyətinə qatmaqda israrlıdır.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, “kral klubu” 25 yaşlı yarımmüdafiəçi üçün indidən PSJ ilə danışıqlara start verib.
Paris təmsilçisi hələ ki bu keçidə müsbət yanaşmır. Çünki Fransa nəhənginin baş məşqçisi Luis Enrike portuqaliyalı futbolçunu komandanın əsas açar oyunçularından hesab edir. Amma PSJ-nin “Real”ın yüksək transfer təklifinə “yox” deməyəcəyi də iddia olunur.
Qeyd edək ki, Portuqaliya millisinin üzvünün PSJ ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, “Porto” və “Vulverhempton”da da çıxış edib.
saytlarin hazirlanmasi