Ronaldo Ermənistanda onunla selfi çəkdirmək istəyən azarkeşi itələdi - VİDEO

22:20 - 5 Sentyabr 2025

Kriştiano Ronaldoya azarkeşin davranışı Yerevanda xoşuna gəlməyib.

Sportal.az xəbər verir ki, Portuqaliya millisinin hücumçusu komandası ilə birlikdə Ermənistana gəlib. sabah onlar dünya çempionatının seçmə mərhələsində yerli yığmaya qarşı oynayacaqlar.

40 yaşlı forvard Diogo Koşta və digər komanda yoldaşları ilə oteldə gəzərkən azarkeşlərdən biri ona yaxınlaşıb selfi çəkmək istəyib. Ronaldo isə onu kənara itələyib. Təhlükəsizlik əməkdaşları isə ulduza yaxınlaşmağa çalışan digər insanları uzaqlaşdırıblar.

Xəbər xətti